Şənbə , May 4 2024
azenru
Home / Nəqliyyat / AZAL: 212 Azərbaycan vətəndaşı çarter reysi ilə İstanbuldan Bakıya gətirilib

AZAL: 212 Azərbaycan vətəndaşı çarter reysi ilə İstanbuldan Bakıya gətirilib

7 may tarixində Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən REAL-a bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

“COVİD-19”la mübarizə çərçivəsində Azərbaycan-Türkiyə sərhədlərinin müvəqqəti bağlanmasından sonra bu ölkədə qalan 212 azərbaycanlı çarter reysi ilə Azərbaycana göndərilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, təxliyə üçün AZAL tərəfindən 2 təyyarə ayrılıb.

212 həmyerlimizi Azərbaycana təxliyə edəcək təyyarələr yerli vaxtla saat 13:00 və 16:00-da İstanbul Yeni Hava limanından havaya qalxıb.

Azərbaycanın Türkiyədəki Səfirliyi təxliyə edilən həmyerlilərimizin paytaxt Ankara və ətraf şəhərlərdən İstanbul Hava limanına gətirilməsi üçün xüsusi avtobuslar təşkil edib.

Qeyd edək ki, bu günə qədər 10 çarter reysi ilə 2700-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə edilib.

Onların əksəriyyəti müxtəlif məqsədlər üçün Türkiyəyə müvəqqəti gələn, sərhədlər bağlandıqdan sonra Azərbaycana dönməyi gözləyən həmyerlilərimizdir.

Real

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir