Cümə axşamı , Noyabr 21 2024
azenru

Selfi dünyada 6 il ərzində 259 turistin həyatina son qoyub

Turistlər arasındakı “selfi epidemiyası” real təhlükəyə çevrilir – son on ildə blogerlərin dəbli əyləncəsi 300-ə yaxın insanın həyatını itirməsinə səbəb olub.

Xatırladaq ki, dünyanın bir çox yerindən gələn turistlərlə baş verən faciəvi hadisələr barədə məlumat toplayan touristkilled.com-un araşdırmasına görə, selfi səyahətçilərin ölüm səbəbləri siyahısında altıncı yerdədir. Bəyənmələrdən asılılıq turistləri gözəl şəkil çəkmək üçün özlərini böyük təhlükəyə atmaqlarına səbəb olur. Beləliklə, bir Alman turisti, şəkildə Machu Picchu üzərində “uçuş pozası” göstərməyə çalışarkən 40 metr yüksəklikdən yıxılmışdı.

Keçən həftədəki son hadisəni xatırlasaq Taylandda selfi çəkmək istəyərkən fransız turist şəlalədən yıxılıb, ölməsinə səbəb olmuşdur. Qəza Samui tropik adasında baş verib. AFP xəbər agentliyinin verdiyi informasiyaya görə 33 yaşlı turist bu il iyul ayında başqa bir turistin həyatını itirdiyi şəlalədən uçuruma düşüb.  Bəzi adrenalin həvəskarları məhz sosial şəbəkədə məhşurluq qazanmaq üçün qayadan tullanır, təyyarənin altında qalır, yırtıcı heyvanların qurbanına çevrilir, dənizdə boğulurlar. Təəssüf ki, bu hallar hələ də davam etməkdədir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir