Bazar , May 19 2024
azenru
Home / Tədbirlər / Azərbaycan Turizm Bürosu Pekində mükafata layiq görülüb

Azərbaycan Turizm Bürosu Pekində mükafata layiq görülüb

Dekabrın 6-da Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin şəhərində nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində mükafatlandırılıb.
Azərbaycan “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb. Dünya üzrə geniş oxucu kütləsinə olan “Voyage” jurnalı Çinin ən nüfuzlu turizm və səyahət dərgilərindən biridir. Jurnalın əsas oxucuları turizm sektorunun peşəkarları və aparıcı biznes adamlarıdır.
Mükafat Azərbaycan Turizm Bürosunun Çindəki rəsmi turizm nümayəndəliyinin əməkdaşına təqdim olunub. Mükafatlandırma mərasimində 200-dən çox yerli və beynəlxalq turizm sənayesinin nümayəndəsi iştirak edib.
Mənbə: Azərbaycan Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir