Cümə axşamı , May 2 2024
azenru
Home / Xəbərlər / Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı artıb – STATİSTİKA

Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı artıb – STATİSTİKA

Dövlət Sərhəd Xidmətinin verdiyi  məlumatına əsasən 2019-cu ilin yanvar-oktyabr aylarında  Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

İlk üç yerdə: Rusiya Federasiyası 29,8 faiz ,  Gürcüstan 22,1 faiz,  Türkiyə 9,8 faiz gələnlərdir. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,0 faizi dəmir yolu və avtomobil, 41,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 4653,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 28,8 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5 faiz, Gürcüstana gedənlərin sayı 12,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artmışdır.

Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,3 faizi dəmir yolu və avtomobil, 17,0 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.

 

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir