Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Xəbərlər / Azərbaycan Svedlovsk vilayətində tibbi turizmin inkişafında iştirak edəcək

Azərbaycan Svedlovsk vilayətində tibbi turizmin inkişafında iştirak edəcək

“Rusiyanın Sverdlovsk vilayətində tibbi turizm Azərbaycandan olan həmkarlarla birlikdə inkişaf etdiriləcək. Ural regionu ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı 2020-ci ilin yol xəritəsinə daxil edilib”.

TASS- dan alınan məlumata görə, bu barədə jurnalistlərə Sverdlovsk vilayətinin Turizm İnkişaf Mərkəzinin direktoru Elmira Tukanova məlumat verib.

E.Tukanovanın sözlərinə görə, uşaq turizmi kimi istiqamətin tətbiqi də planlaşdırılır: “Gələcəkdə hər iki tərəfin yardımı ilə uşaq turizminin inkişafını görürük. Sverdlovsk vilayətində məktəb təhsili turizminin inkişafı üçün “Məktəb üçün Ural” proqramı fəaliyyət göstərir”.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İskəndərov qeyd edib ki, X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Sverdlovsk vilayətinin Turizm İnkişaf Mərkəzi arasında turizm sənayesinin inkişafı ilə bağlı ikitərəfli saziş imzalanıb.

Baş konsul əlavə edib ki,- “Ölkəmizin rəhbərliyi regionlararası əməkdaşlığa böyük əhəmiyyət verir. Həmçinin qeyri-neft sektorunun inkişafına da diqqət yetirilir – bura mühəndislik, yüngül və ağır sənaye daxildir. Həmçinin turizmi də düşünürük”

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir