Azərbaycan Turizm Agentlikləri Assosiasiyası dekabrın 4-də hotellərlə əməkdaşlıq məsələlərini müzakirə edib. Toplantıda qurumun Ekspertlər Şurasının və İdarə Heyətinin üzvləri iştirak edib.
İclasda turizm sahəsində otellərlə əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi, online platformada otellərin irəli sürdüyü qiymət siyasəti, bu istiqamətdə yerli turoperatorlar və turagentliklərin maraqlarının qorunması müzakirə edilib.