Cümə , May 17 2024
azenru
Home / Tədbirlər / Rusiya turoperatorlarına Azərbaycanın turizm imkanları tanıdılıb -FOTO

Rusiya turoperatorlarına Azərbaycanın turizm imkanları tanıdılıb -FOTO

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə  Rusiyadan olan turoperatorların Azərbaycana tanışlıq səfəri təşkil olunub.
Səfərin təşkilində məqsəd Azərbaycanın turizm potensialını tanıtmaq, paytaxtın, eləcə də bölgələrin turizm imkanlarını təbliğ edərək ölkəyə gələn turistlərin sayını artırmaqdır.
5 dekabrda Moskva və Sankt-Peterburq şəhərlərini təmsil edən 10 turizm şirkətinin nümayəndələri ilə 65-dən çox yerli turoperator arasında B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib.
Görüş çərçivəsində ikitərəfli müzakirələr aparılıb və gələcək əməkdaşlıq imkanları qiymətləndirilib.
Qonaqların Azərbaycanın əsas turizm infrastrukturu, tarixi məkanları, milli mətbəxi, yerli adət-ənənələri, hotelləri, turistlərə təklif olunan xidmətlər barədə məlumatlandırılması məqsədilə Naftalan, Qəbələ və Şamaxı şəhərlərinə səfərlər təşkil edilib.
Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr dövründə Azərbaycana səfər edən rusiyalı vətəndaşların sayı 866556 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 6% artım deməkdir.
Mənbə: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir