Cümə , May 17 2024
azenru
Home / Tədbirlər / Azərbaycan Turizm Bürosu müsabiqəsi elan edir -TƏLƏBLƏR

Azərbaycan Turizm Bürosu müsabiqəsi elan edir -TƏLƏBLƏR

Azərbaycan Turizm Bürosu 2020-ci ilin aprel ayında Bakıda keçiriləcək “Travel Business Azerbaijan 2020” beynəlxalq tədbiri çərçivəsində tələbələr və son 2 ilin məzunları arasında suvenir dizaynı müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi tələbələr üçün yaradıcı mühitin formalaşdırılması və nəticədə yeni turizm məhsulunun ərsəyə gətirilməsidir.
Tələbələr tərəfindən dizayn olunacaq suvenirlər “Travel Business Azerbaijan 2020” tədbiri çərçivəsində iştirakçılara hədiyyə ediləcək.
Müsabiqədə 1-ci yeri qazanmış iştirakçı sertifikat, qrafik planşet və Azərbaycan Turizm Bürosunda layihənin dizayn komandasında 3 və ya 6 aylıq təcrübə proqramı əldə edəcək. 2-ci və 3-cü yerə layiq görülmüş iştirakçılar isə sertifikat və qrafik planşetlərlə mükafatlandırılacaqlar.
Müsabiqə qalibləri martın 1-də elan olunacaqlar.
 Əlaqələndirici şəxs: Leyla Musayeva,  (elektron poçt ünvanı: [email protected])

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir