Cümə , May 17 2024
azenru
Home / Nəqliyyat / Bakıdan Rusiya sərhədinə qədər inşa edilən avtomobil yolu tezliklə istifadəyə veriləcək

Bakıdan Rusiya sərhədinə qədər inşa edilən avtomobil yolu tezliklə istifadəyə veriləcək

Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində körpünün açılışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni yol Şimal-Cənub yükdaşımalarının vaxtını iki dəfəyədək azaldacaq:

“Analoji avtomagistral artıq istifadəyə verilib və tezliklə yeni magistral da işə salınacaq. Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir”.

Ş.Mustafayev əlavə edib ki, yeni körpü Azərbaycanda turizmə də təkan verəcək:

“Bu ilin 10 ayı ərzində Azərbaycana Rusiyadan 900 mindən çox turist səfər edib. Onlardan 70% yerüstü nəqliyyatdan istifadə edib”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir