Cümə axşamı , May 16 2024
azenru
Home / Xəbərlər / Samaradan Bakıya yeni aviareys açılır

Samaradan Bakıya yeni aviareys açılır

Yanvarın 15-dən etibarən Rusiyanın Kurumoç Beynəlxalq Hava Limanının cədvəlinə Samara-Bakı marşrutu üzrə uçuş əlavə olunacaq.

Bu barədə “Samara QİS” portalı hava limanının mətbuat xidmətinə istinadla məlumat verib.

Uçuş  “İrAero” aviaşirkəti tərəfindən həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək.

Samaradan uçuş vaxtı 01:20, Bakıdan – 04:10-da (yerli vaxt) nəzərdə tutulub.

Uçuş “Sukhoi Superjet 100” təyyarələri ilə mümkün olacaq.

Bilet qiyməti baqajla birlikdə 8694 rubldan (237 AZN) başlayır. Uçuş müddəti – bir saat əlli dəqiqə olacaq.

Oktyabr ayında Kurumoç aeroportu dünyanın yüz ən dəqiq hava limanı siyahısına daxil edilib. Böyük Britaniyadan olan “OAG” beynəlxalq analitik agentliyinin hesabatına görə, Samara Hava Limanı ötən ayın yekunlarına görə reytinqdə 21-ci yeri tutub.

 

Oxu.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir