Bazar ertəsi , May 13 2024
azenru
Home / Nəqliyyat / “British Airways” aviaşirkətinin təyyarəsi güclü duman səbəbindən Bakıya eniş etdi

“British Airways” aviaşirkətinin təyyarəsi güclü duman səbəbindən Bakıya eniş etdi

27 dekabr tarixində “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçuş həyata keçirən “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarı vermişdir.

Yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirmişdir.

Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir.

Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdirilmişdirlər.

Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala və hava limanının otelində istirahət etmək və yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir