Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Xəbərlər / Azərbaycanda turizm şirkətlərinin sayı artıb

Azərbaycanda turizm şirkətlərinin sayı artıb

Azərbaycanda turizm bazarında aparılan monitorinqlərin nəticəsinə görə, bir neçə il öncə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 2000 idisə, indi bu rəqəm 3000-ə yaxınlaşıb.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizm Azərbaycanda da geniş inkişaf yolu keçir.

R.Hacıyev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanda daha çox getmə turizm növü geniş yayılmışdı. Ölkəyə gələnlər isə əsasən dövlət əhəmiyyətli və beynəlxalq səviyyəli konfrans və tədbirlərə qatılan dövlət rəsmiləri olurdu:

“Yəni burada əcnəbi turistlərin payı çox az idi. Mən deyərdim ki, Azərbaycanda gəlmə turizmi 2010-cu ildən sonra formalaşmağa başladı. 2012-ci ildə paytaxt Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi Azərbaycanı bütün dünyaya fərqli istiqamətdə, bir turizm ölkəsi olaraq tanıtdı. Bu, ölkəyə əcnəbi vətəndaşların üz tutması üçün bir başlanğıc oldu. Turizm sahəsində əsas inkişaf deyərdim ki, 2015-ci ildən sonra daha aktiv fazaya keçdi. Bunun bir neçə obyektiv və subyektiv səbəbi var. Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəylik Oyunları, o cümlədən onlarla beynəlxalq səviyyəli toplantıların, konfransların və sərgilərin keçirilməsi Azərbaycanı dünyada tanıtmaqla yanaşı, onun turizm ölkəsi kimi də məşhurlaşmasına səbəb oldu. Eyni zamanda, Prezident İlham Əliyev başda olmaqla, dövlətin bu sahəyə xüsusi diqqət ayırması ölkənin turizm sahəsinin inkişafında mühüm rol oynadı”.

 

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir