Şənbə , Aprel 27 2024
azenru
Home / Xəbərlər / Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

2019-cu ildə Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb.

Bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya görə, ötən il ərzində Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2018-ci illə müqayisədə 93,5 faiz artıb.

İdarədən bildiriblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün səfər edənlərin sayı 60 nəfər olub.

Ümumilikdə hesabat dövründə 19 991 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2018-ci illə müqayisədə 20,3 faiz azdır.

2019-cu ildə Türkiyədə İŞKUR xətti ilə 1,49 milyon nəfər işlə təmin olunub ki, bu da 2018-ci illə müqayisədə 19,5 faiz çoxdur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir