Elazığda 6.5 bal gücündə zəlzələ baş verib.
Türk KİV-lərinə istinadən verdiyi məlumata görə, Elazığın Sivricə əyalətində baş verən zəlzələ bir çox vilayətdə hiss edilib. Zəlzələnin 6.8 bal gücündə olduğu bildirilir.
Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Mənbə: Trend.az