Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Destinasiyalar / Azərbaycanla Tacikistan arasında aviareys açılacaq – DEKABRDAN

Azərbaycanla Tacikistan arasında aviareys açılacaq – DEKABRDAN

Tacikistanın “Tacik Alüminium Şirkəti” və “Somon Air” aviaşirkətinin nümayəndələrindən ibarət biznes heyəti Azərbaycanda rəsmi səfərdə olub.

TravelNews.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində qonaqlar “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, “Buta Airways”in baş direktoru Cəmil Manizadə və “Silkway”in birinci vitse-prezidenti Teymur Məmmədovla görüşüblər.

Danışıqlar nəticəsində “Somon Air” dekabrdan etibarən həftədə iki dəfə Düşənbə-Bakı-Frankfurt-Bakı-Düşənbə marşrutu üzrə daimi reyslərə başlayacaq.

Səfər çərçivəsində yükdaşımalarla da bağlı bəzi razılıqlar əldə edilib. Belə ki, mülki aviasiya sahəsində çalışan tacik mütəxəssislər Azərbaycanın ixtisaslaşmış təhsil müəssislərində təlim keçəcəklər.

Azərbaycanda olan Tacikistan nümayəndə heyəti həmçinin iqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin sədri Rauf Vəliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Davud Məmmədov və “DET-Al” alüminium zavodunun baş direktoru Sərxan Babayevlə görüşüb.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir