Azərbaycan 14 fevral – Sevgililər Günündə səyahət etmək üçün ən romantik məkanlardan biridir.
“Travelnews.az” xəbər verir ki, bunu Dubayın “Tajawal” portalının reytinqi göstərir.
“İnsan dolu, dar və dolaşıq küçələri, butikləri və çox sayda mağazaları, kafe və restoranları olan paytaxtı ilə Azərbaycan Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir. Bakı kimi kosmopolit paytaxtda mədəniyyət və yemək Qərblə Şərqin əsl qarışığıdır”, – məlumatda deyilir.
Qeyd edək ki, reytinqdə Azərbaycanla yanaşı, Maldiv adaları, Oman, Kipr və Gürcüstan da yer alıb.