Bazar , May 5 2024
azenru
Home / Nəqliyyat / Pakistan Çinə aviareysləri bərpa edib

Pakistan Çinə aviareysləri bərpa edib

Pakistan hökuməti yeni növ koronavirusun yayılması səbəbiylə Çinə qadağan edilən uçuşları bərpa edib.

Məlumata görə, bu barədə Aviasiya Nazirinin müavini Əbdül Səttar Xoxar bildirib.

Qeyd edək ki, uçuşlar yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusu beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdiyindən sonra dayandırılıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir