Cümə axşamı , May 9 2024
azenru
Home / Təşkilat və Operatorlar / “Excelsior Hotel & Spa Baku” birinci oldu

“Excelsior Hotel & Spa Baku” birinci oldu

“Excelsior Hotel & Spa Baku” oteli oktyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub.

“Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə, otelin fəaliyyəti ilə bağlı mətbuatda 141 məlumat işıqlanıb.

“Media Consulting & Services” şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla, 565-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı oktyabr ayında mətbuatda 6 pres reliz işıqlanıb. Cari ilin noyabr ayında da turizm sahəsində təhsil alan tələbələr üçün “Turizm sektorunda PR-ın əhəmiyyəti” mövzusunda təlim, modasevərlər üçün “Baku Fashion Club”ın növbəti tədbiri və digər maraqlı tədbirlər keçiriləcək.

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir