Şənbə , Aprel 27 2024
azenru
Home / Tədbirlər / “Bakı Şopinq Festivalı bir çox biznes növlərinə töhfəsini verəcək” – İSRAİL SƏFİRİ

“Bakı Şopinq Festivalı bir çox biznes növlərinə töhfəsini verəcək” – İSRAİL SƏFİRİ

İsrailin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Azərbaycan hökumətinin turizmin inkişafına yönəlmiş siyasətini yüksək qiymətləndirir.

“Azərbaycan hökuməti ölkədə turizmin inkişafı üçün çox müsbət addımlar atır. Bütün bunlar iqtisadiyyatın diversifikasiyası çərçivəsində baş verir”, deyə www.bakushopfest.com saytına açıqlamasında diplomat vurğulayıb.

Səfir əlaavə edib ki, Bakı Şopinq Festivalı da Azərbaycanda bu istiqamətdə atılan ən mühüm addımlardan biridir: “Festival Bakını turistlərə tanıtmaq üçün ən mühüm vasitələrdəndir. Bakı artıq “Formula-1”, “İslam Həmrəylik Oyunları”, “Bakı – 2015 Birinci Avropa Oyunları”ndan sonra kifayət qədər tanınır. Buna görə də, düşünürəm ki, festivalın burada – Bakıda keçirilməsi çox vacibdir”.

Səfir Stav festivalın keçirildiyi Bakını Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan ticarət yolunun mərkəzində yerləşməsinə də diqqət yönəldir: “Bakı həm də turistləri cəlb edən tarixi şəhərdir. İdeya baxımından da festival çox müsbətdir, çünki bu, bir çox biznes növlərinə – yaşayış obyektlərinə, restoranlara, nəqliyyat xidmətlərinə öz töhfəsini verəcək. Festival müddətində daha çox iş yeri yaranacaq. Ümid edirəm ki, bu proses davamlı olacaq”.

Cənab səfir ikinci şopinq festival müddətində Bakıda olduğu üçün özünü şanslı hesab edir. O, bildirib ki, festival fürsətindən yararlanmağa çalışacaq: “Birinci festival müddətində mən və həyat yoldaşım Bakıda deyildik. Lakin bu dəfə ümid edirəm ki, biz festivalın təqdim etdiyi imkandan yararlanacağıq”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir