Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Xəbərlər / Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır – Qurban Yetirmişli

Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır – Qurban Yetirmişli

Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində 550-560 zəlzələ baş verib.

Travelnews.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “2020-ci il Elazığ və Malatya zəlzələləri: tektonik və geodinamik analiz” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar qeydə alınır.

Q.Yetirmişli əlavə edib ki, yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib:

 

“Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib. Şansımız gətirib ki, Mingəçevirdə də zəlzələ dərində olub, bir az dayazda olsaydı, orada böyük fəsadlar törədərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. Bu vaxtadək bu məsələ qaldırılsa da, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki Mingəçevir su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də su hövzəsinin içində olub”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir