Bazar , May 19 2024
azenru
Home / Xəbərlər / Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı

Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı

Koronavirus pandemiyası dövründə turizm sahəsi üzrə çalışan sahibkarlara verilən məbləğ açıqlanıb.

TravelNews.Az xəbər verir ki, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir:

“Mayın 15-dək hotelçilər və turizmçilər işçilərin maaşlarını vermək üçün dövlətdən 7 milyon 500 min manatdan çox yardım alıblar. Dövlət milyonlarla pul xərcləyib ki, turizmçilərə dəstək olsun”.

K.Quluzadə qeyd edib ki, turizm sahəsinə dəyən ziyan uzunmüddətli olacaq:

“Dəstək üçün yeni mexanizmlər axtarırıq. Onu deyə bilərəm ki dünya turizmi bir-iki ilə tam olaraq formalaşacaq”.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir