Bazar , May 19 2024
azenru
Home / Nəqliyyat / “Buta Airways”in təyyarəsi Volqoqradda məcburi eniş edib- SƏBƏB

“Buta Airways”in təyyarəsi Volqoqradda məcburi eniş edib- SƏBƏB

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb.

Qeyd edilib ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir