Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Tədbirlər / Azərbaycanla Rusiya arasında uçuşların təhlükəsizliyi gücləndirilir

Azərbaycanla Rusiya arasında uçuşların təhlükəsizliyi gücləndirilir

Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib ki, fevralın 18-də Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyasının (FDUM) baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub. Səfər çərçivəsində Rusiya nümayəndə heyəti, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyevlə görüş keçirib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə “Azəraeronaviqasiya” HHİ-nin və Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyasının rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalayıb.

Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını, buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd ediblər.

Memorandumun imzalanması gələcəkdə hava hərəkətinin idarə edilməsi problemlərinin həlli üçün müasir texnologiyaların hazırlanması və tətbiqində milli aeronaviqasiya xidmətləri təchizatçılarının birgə fəaliyyətinə töhfə verəcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir