Çərşənbə , May 15 2024
azenru
Home / Xəbərlər / Şarm əl-Şeyx kurortu “yaşıl şəhər” elan edilib

Şarm əl-Şeyx kurortu “yaşıl şəhər” elan edilib

Misirin Cənubi Sinay qubernatorluğu Qırmızı dənizin sahilində yerləşən məşhur Şarm əl-Şeyx kurortunu “yaşıl şəhər” elan edib. Vilayətin qubernatoru bildirib ki, bu turizm məkanında tezliklə ekoloji cəhətdən təmiz məişət ləvazimatlarının istehsalına başlanacaq, plastik qablardan istifadə qadağan olunacaq və günəş enerjisi ilə işləyəcək elektrik stansiyaları qurulacaq.

Travelnews.az “Egyptindependent” saytına istinadən xəbər verir ki, Cənubi Sinayın Turizm Departamenti “yaşıl şəhər” layihəsini həyata keçirmək üçün vilayətin sərmayəçiləri və otel sahibləri ilə görüş keçirib. Qeyd olunub ki, ildən-ilə daha çox turist cəlb edən bu şəhərdə yenilənən enerji mənbələrindən istifadə olunması böyük əhəmiyyətə malikdir. Misirin günəşli iqlimini nəzərə alan sərmayədarlar bu enerji mənbəyi ilə işləyən stansiyaların qurulmasına maliyyə vəsaiti ayıracaqlarını bildiriblər. İlk addımı isə ölkənin Ətraf Mühit Nazirliyi atacaq: Şarm əl-Şeyxdə ilkin olaraq 5 meqavat, daha sonra gücü 40 meqavata çatdırılacaq ilk günəş elektrik enerjisi stansiyası istifadəyə veriləcək. Misir kurortunun bu mühüm təşəbbüsünə BMT-nin İnkişaf Proqramı da qoşulub. Bu təşkilatın dəstəyi ilə bir il əvvəl də 5 milyon dollar dəyərində ekoloji layihə həyata keçirilib.

AZƏRTAC

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir