Bazar , Noyabr 3 2024
azenru
Home / Xəbərlər / Turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq

Turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq

Yeni “Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda turizm bələdçiləri üçün turizm bələdçiliyi sertifikatının alınması məcburi olacaq.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Qanun layihəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verən K.Quluzadə əlavə edib ki, turistlərin dövlət qurumlarına əlçatanlığını təmin etmək, onların dövlət orqanlarına müraciətlərini asanlaşdırmaq məqsədi ilə turistlərə yardım mərkəzi yaradılacaq.

Agentlik rəsmisi qeyd edib ki, layihəyə əsasən, standartlaşdırma və sertifikatlaşdırma sistemi müəyyən ediləcək, müsabiqələr və fərqləndirici nişanlar (“tourism labels”) təsis ediləcək. Bununla yanaşı, “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşma məcburi olacaq. Yerləşmə vasitələrində gecələyən şəxslərin elektron qeydiyyatı aparılacaq. Layihədə turizm layihələrinin qrantlar vasitəsilə maliyyələşdirilməsi məsələsi də öz əksini tapıb.

Xatırladaq ki, hazırda ölkəmizdə turizm sahəsindəki münasibətlər, hüquq və vəzifələr 1999-cu ildə qəbul edilmiş “Turizm haqqında” qanunla tənzimlənir. Turizm sahəsində baş verən dəyişikliklər nəzərə alınaraq, “Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb.

 

 

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir