Çərşənbə , May 15 2024
azenru
Home / Tədbirlər / Tanınmış rəssamlar “Şahdağ”da bölgənin turizm imkanlarını rəsmə köçürdülər

Tanınmış rəssamlar “Şahdağ”da bölgənin turizm imkanlarını rəsmə köçürdülər

Martın 3-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində “Art Zone Week” adlı rəngkarlıq simpoziumu çərçivəsində Azərbaycanın tanınmış rəssamlarının yekun sərgisi keçirilib.
Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, eləcə də tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev, Milena Nəbiyeva və rusiyalı rəssam Bayram Salamov bir həftə ərzində Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq müxtəlif mövzularda rəsm əsərləri ərsəyə gətiriblər.
Layihənin məqsədi rəssamların gözü ilə bölgəyə və onun turizm imkanlarına fərqli formada baxaraq onu təbliğ və təşviq etməkdir.
Layihə rəhbəri və təşkilatçı Şakir Eminbəylinin sözlərinə görə rəsm əsərləri mart ayının sonunadək “Şahdağ” mehmanxanasında sərgilənəcək və simpoziumun qaydalarına əsasən bu əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.
Simpozium çərçivəsində, həmçinin Qusar rayonunun rəssamlığa həvəs göstərən məktəblilərinə “Ustad dərsləri” keçirilib.
Qeyd edək ki, “Art Zone Week” simpoziumu artıq ikinci dəfədir ki, təşkil olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir