Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Tədbirlər / Novxanı Atıcılıq Mərkəzinə infotur keçirildi- FOTO

Novxanı Atıcılıq Mərkəzinə infotur keçirildi- FOTO

6 mart İncominq şirkətlər üçün Novxanı Atıcılıq Mərkəzində infotur və görüş təşkil edilib. Görüşdə Novxanı Atıcılıq Mərkəzində gəzinti, mərkəzin infoturu keçirildi.

İlk öncə turizm şirkətlərinin nümayəndələri atəş poliqonları ilə tanış oldular. Təlimçi iştirakçılara təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra onlara necə düzgün atəş açmağı nümayiş etdirdi.

Ardından Atıcılıq Mərkəzinin əməkdaşı görüş zamanı yaranmış aktual suallara cavab verdi. O qeyd etdi ki, atıcılıq mərkəzində bir neçə növ fərqli mexanizmdə silahlar var və atışların qiyməti patronların sayından asılıdır. Həmçinin turizm şirkətləri üçün müxtəlif paketlər mövcuddur.Ümulikdə Novxanı Atçılıq Mərkəzi bir gündə 100 nəfərə qədər qonaq qəbul edə bilər. Başqa atıcılıq mərkazlərindən fərqli olaraq Novxanı Atıcılıq Mərkəzində  “Gecə atəşləri” və “Qacan qaban” poliqonları mövcuddur.

Atıcılıq Mərkəzinin əsas məqsədlərindən biri Azərbaycanın atıcılıq üzrə yığma komandasını inkişaf etdirməkdir. Hər həftənin bazar günləri onlar burada məşq edirlər.

Qeyd edək ki, martın 21-də “Novruz atəşləri” adlı 3 mərhələdən ibarət tədbir keçiriləcək.

Travelnews.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir