Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Xəbərlər / Fuad Nağıyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

Fuad Nağıyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

Martın 10-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Görüş çərçivəsində Qulam İsakzaiyə Agentliyin əsas fəaliyyət istiqamətləri, tabeliyində olan təşkilatlar, Azərbaycanın müxtəlif regionlarında yaradılmış Destinasiya Menecmenti Təşkilatları və Azərbaycan Turizm Bürosunun xarici ölkələrdəki rəsmi turizm nümayəndəliklərinin fəaliyyətləri barədə ətraflı məlumat verilib.

Qəbul zamanı BMT rəsmisi “2021-2025-ci illər üzrə BMT və Azərbaycan Hökuməti tərəfdaşlıq çərçivəsi sənədi”nin hazırlanması istiqamətində hazırda müvafiq işlərin aparıldığı barədə məlumat verib. O, bu sənədin inkişafa yardım məqsədi daşıdığını və əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə hazırda dünya miqyasında turizm sahəsində baş verən dəyişikliklər haqqında fikir mübadiləsi aparılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir