Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / ATMU BMT-nin keyfiyyət sertifikatına layiq görülüb

ATMU BMT-nin keyfiyyət sertifikatına layiq görülüb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi “turizm və otelçilik” ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.

“UNWTO.TedQual” keyfiyyət sertifikatı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilib.

Layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan Respublikası hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

Cənubi Qafqazda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyət hesab olunur.

ABŞ-ın Corc Vaşinqton Universiteti, Kanadanın Kvebek (Monreal) Universiteti, Türkiyənin Boğaziçi və Akdeniz Universitetləri, Çinin Sun Yat-sen Universiti və Honq Konq Politexnik Universiteti kimi tanınmış ali təhsil müəssisələrinin üzv olduğu mötəbər “UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşulması ATMU-ya akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak etmək hüququ əldə etməklə bərabər, həmçinin bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı verir.

Qeyd edək ki, 1998-ci ildə təsis olunmuş “UNWTO.TedQual” Sertifikasiya Sistemi turizm sahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcıl keyfiyyət standartı hesab olunur. Bu keyfiyyət sistemi ali təhsilin turizm ixtisası üzrə proqramlarının pedaqoji məzmunun və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizm sənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrin ehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.

Xatırladaq ki, ötən il həm də beynəlxalq sertifikasiya orqanı (DNV GL) tərəfindən ATMU-nun turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyəti ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatına layiq görülüb.
TravelNews.AZ-ın tətbiqini yükləyərək xəbərlərdən daha rahat faydalanın:
Android: https://bit.ly/2IHL9XT
iOS: https://apple.co/2vbtynU

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir