Polşanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi viza almaq üçün sənəd qəbulunu müvəqqəti dayandıracaq.
Səfirlikdən verilən məlumata görə, bu addım COVID-19 koronavirusu ilə bağlı təhlükəli vəziyyətə görə atılıb.
Sənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcək.
Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Xəstəliyin törədicisi rəsmi adı COVID-2019 olan koronavirusun yeni növüdür.
Koronavirus infeksiyasına yoluxma halları artıq dünyanın 129 ölkəsində qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.
Report.az