Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Nəqliyyat / Bakıdan Tbilisiyə hava reysləri dayandırılır

Bakıdan Tbilisiyə hava reysləri dayandırılır

Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.

Aviaşirkətdən verilən məlumata görə, hazırda qərar martın 24-dək qüvvədədir.

Yuxarıda qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.

Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası ilə əlaqədar, sərnişinlər bütün ləğv olunmuş istiqamətlər üzrə aviabiletləri geri qaytara və ya dəyişdirə, fəaliyyətdə olan istiqamətlər üzrə isə aviabiletləri dəyişdirə bilərlər. Daha ətraflı məlumat, həmçinin biletlərin geri qaytarılması proseduru aviaşirkətin saytında yerləşdirilib: https://www.butaairways.az/az/article/news-13032020

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir