Bazar , Noyabr 24 2024
azenru
Home / Nəqliyyat / Azərbaycanla Türkiyə arasındaki reyslər ayın neçəsinə kimi dayandırılıb?

Azərbaycanla Türkiyə arasındaki reyslər ayın neçəsinə kimi dayandırılıb?

Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb.

Bu barədə “Türk Hava Yolları” aviaşirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, qərar martın 15-dən qüvvəyə minib.

Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara dəyişə bilər.

Azərbaycanda qalan Türkiyə vətəndaşları üçün zərurət yarandığı təqdirdə təxliyə uçuşları təşkil olunacaq.

Biletlər “Türk Hava Yolları”nın saytından alınıbsa, şirkətin çağrı mərkəzləri vasitəsilə, digər internet saytlarından alınıbsa, orada göstərilən nömrələr vasitəsilə, hər hansı bir agentlikdən alınıbsa, həmin agentlikdə dəyişdirilə bilər.

Şirkətin Bakı və Gəncə ofislərindən yalnız bu ofislərdən alınan biletlər dəyişdirilə bilər.

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir