Bazar , Noyabr 24 2024
azenru
Home / Xəbərlər / Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırdı

Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırdı

Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib.

Bu barədə səfirlik “Facebook” səhifəsində məlumat yayıb.

“COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək. Səfirlik martın 29-dək bağlı olacaq. Hər hansı bir sualınız olarsa, [email protected] elektron poçt ünvanına göndərin”, – deyə səfirliyin paylaşımında qeyd edilib.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir