Cümə , Aprel 26 2024
azenru
Home / Destinasiyalar / İran və Azərbaycan turizm üzrə birgə texniki komitə yaradacaq

İran və Azərbaycan turizm üzrə birgə texniki komitə yaradacaq

İran və Azərbaycan turizm üzrə birgə texniki komitənin yaradılması istiqamətində iş aparırlar. Yaradılacaq müştərək komitə iki dövlət arasındakı turizm əlaqələrinin inkişafına böyük təkan verəcək.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İranın mədəni irs və turizm təşkilatının sədr müavini Məhəmməd Mühib Xudayi bildirib. Onun sözlərinə görə müştərək komitə iki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək məqsədilə təşkil olunur.

M.M.Xudayi nəzərə çatdırıb ki, İran turizm sahəsində Azərbaycan ilə əməkdaşlığa dair proqram hazırlayıb. Bu proqram turizm, dini abidələrin ziyarəti və müalicə məqsədi ilə qarşılıqlı səfərlərin təşkilini nəzərdə tutur. O deyib ki, iki ölkənin sərhəd zonalarında yerləşən bölgələri mədəni və tarixi baxımdan bir-birinə çox yaxındır. İlin soyuq fəsillərində azərbaycanlı turistlərin İranın isti cənub bölgəsinə turlarının təşkili məsələsi haqqında danışıqlar aparmağı düşünürük. Yaradılacaq komitə bu kimi səfərləri təşkil edəcək ki, bu da tərəflər üçün faydalıdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir