Bazar , May 12 2024
azenru
Home / Nəqliyyat / AZAL-ın Budapeşt-Bakı çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtdı

AZAL-ın Budapeşt-Bakı çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtdı

Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətin-dən  bildirilib ki, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir – dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.

Həmçinin, martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir