Cümə , Noyabr 22 2024
azenru
Home / Xəbərlər / “Rusiya Azərbaycanın turizm sənayesinin bərpasında əsas rol oynayacaq”

“Rusiya Azərbaycanın turizm sənayesinin bərpasında əsas rol oynayacaq”

“Rusiya Azərbaycan üçün əsas turizm bazarı olaraq qalır ki, məhz bu ölkə Azərbaycanın turizm sənayesinin bərpasında əsas rol oynayacaq”.

TravelNews.Az” APA-Economics”-dan aldığı məlumata görə, bunu Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zengstşmid rusiyalı jurnalistlərlə onlayn görüşü zamanı deyib.

Onun sözlərinə görə, ölkədə turizm bazarının bərpası üçün mərhələli ssenari nəzərdə tutulur ki, onlardan biri “Lockdown” rejimidir.

“Hazırda əksər otellər və digər yaşayış obyektləri bağlıdır və ya vətəndaşları təcrid etmək üçün istifadə olunur. İqtisadiyyata dəstək məqsədilə Azərbaycan hökuməti tərəfindən bir sıra iri turizm infrastrukturu layihələrinin icrasını davam etdirməyə imkan yaradacaq kreditlər və maliyyə zəmanətləri şəklində təxminən 500 milyon avro ayrılıb. Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşdıqca, daxili bazarı səyahət üçün tədricən açacaq ki, bu da turizm sənayesinə pul axınına imkan yaradacaq. Hazırda ATB daxili bazar üçün marketinq strategiyası hazırlayır”, – deyə F. Zengstşmid qeyd edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir