Şənbə , May 4 2024
azenru
Home / Xəbərlər / Azərbaycana xarici turistlərin nə vaxt gələcəyi açıqlandı

Azərbaycana xarici turistlərin nə vaxt gələcəyi açıqlandı

Azərbaycanın nə zamandan etibarən xarici ölkələrdən qonaq qəbul edəcəyi ilə bağlı proqnoz demək çox çətindir.

Bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq indidən yay mövsümü ərzində tamamilə qapalı olacaqlarını, yalnız ölkədaxili turizm ilə kifayətlənəcəklərini bəyan ediblər:

“Bizim planımızda da ilk prioritet istiqamət ölkədaxili turizm üzrə fəaliyyətin qurulmasıdır. Ancaq bundan sonra mərhələli şəkildə həmsərhəd ölkələrdən – Rusiya, İran, Gürcüstan, Türkiyədən və nisbətən yaxın olan Qazaxıstan, Ukraynadan qonaqları gözləyəcəyik. Amma fikrimcə, bunu yalnız ilin sonuna gözləmək olar”.

Hələ bu ilin fevral ayında Dövlət Turizm Agentliyi tərəfindən ölkədaxili turizm kampaniyasına start verildiyini xatırladan İ.Cavadov bu kampaniyanın davam etdiriləcəyini söyləyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın turizm məhsullarının inkişafı və turizm potensialının təbliğatının düzgün istiqamətdə aparılması üçün işlər görülür ki, potensial qonaqlar gəlməyə başladıqda ölkəmiz turizm baxımından daha əlverişli mövqedə olsun.

O əlavə edib ki, Azərbaycanın turizm potesialının təbliğ edilməsi üçün xarici turizm şirkətləri ilə onlayn görüşlər, müəyyən xarici turoperatorlar üçün onlayn tanışlıq turları keçirilir.

İ.Cavadov deyib ki, bu turlar zamanı bələdçi onlayn şəkildə ölkəmizin gəzməli yerlərini gəzir, xarici turoperator və turagentlər də həmin turları onlayn şəkildə izləyirlər.

Trend

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir