Misir mayın 15-dən etibarən kurort zonalarında hotellərin fəaliyyətini bərpa edir, lakin hələlik onlar yalnız daxili turizm üçün fəaliyyət göstərəcək.
Bu barədə “Al Ahram” informasiya portalı xəbər verib.
Onun məlumatına görə, turizm sektorunun bərpası məqsədilə hökumət yeni növ koronavirusun yaratdığı xəstəlik səbəbindən tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayacaq.
“Al Ahram” yazır ki, bütün ölkə üzrə hotellər mayın 15-dən daxili turistlər üçün faəliyyət göstərəcək. Öz növbələrində, turistlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq, müəyyən ehtiyat tədbirlərinə riayət etməyə məcbur olacaqlar.
Turizm Nazirliyinin sərəncamına əsasən, birinci mərhələdə mehmanxanaların yüklənməsi 25% səviyyəsində saxlanmalı, iyun ayının əvvəlinə isə 50%-ə qədər artırılmalıdır. “Qonaqların sayını yalnız bütün göstəriş və tövsiyələrə ciddi əməl edəcək hotellər artıra bilər”, – deyə nazirliyin rəhbəri Xalid Əhməd əl-Ənani bildirib.
Qafqazinfo