Yeni növ koronavirus pandemiyası səbəbindən 2020-ci ildə turistlərin sayı ötən ilə nisbətən 20-30% azalacaq.
Bunu “Turizm sənayesi. Sabah bizi nələr gözləyir?” mövzusunda keçirilən onlayn tədbir zamanı Ümumdünya Turizm Təşkilatının (UNWTO) nümayəndəsi Dmitri İlyin deyib.
Onun sözlərinə görə, bu azalma beynəlxalq turizm gəlirlərinin 300-500 mlrd. ABŞ dolları məbləğində azalmasına səbəb ola bilər: “Bu, 2019-cu ildə əldə olunan gəlirin, demək olar ki, üçdə bir hissəsini təşkil edir. Belə ki, ötən il beynəlxalq turizmin ixracı təxminən 1,5 mlrd. dollar civarında olub. Başa düşmək lazımdır ki, 2019-cu ilin göstəricilərinə qayıtmaq üçün ən azı 5 il tələb olunacaq”.
APA