Şənbə , May 18 2024
azenru
Home / Xəbərlər / Salsa və Baçata sevərlərə şad xəbər

Salsa və Baçata sevərlərə şad xəbər

Noyabr ayının 11-i Şahdağda möhtəşəm “Salsa & Baçta Festival”ı keçiriləcək.

TravelNews.Az xəbər verir ki, bu festivalda dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü Bakının tanınmış Latın Amerika rəqsi məktəblərinə master class keçəcəklər. Bakının “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirak edəcəkləri festival saat 13:00-da başlayacaq.

Nəzərinizə çatdıraq ki, möhtəşəm ziyafət iki hissədən ibarət olacaq. Birinci hissədə görkəmli salsa rəqqasları iştirakçılara bu rəqslərin incəliklərini öyrədəcək və qazandıqları dünya təcrübəsini paylaşacaqlar. İkinci hissə isə bol əyləncə, musiqi və limitsiz rəqslər ilə davam edəcək.

Saat 18:00-a qədər “Salsa” və “Baçata” rəqsləri bir-birini əvəz edəcəklər. Belə ki, İvana Adler və Shaka Brown cütlüyü “Salsa”, Alba Fernandez və David Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəliklərini nümayiş etdirəcəklər.

Şahdağın rəsmi saytından tədbir haqqında ətraflı məlumat almaq olar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir