Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Destinasiyalar / Daha bir ölkə Azərbaycan üçün – SƏRHƏDLƏRİNİ AÇDI

Daha bir ölkə Azərbaycan üçün – SƏRHƏDLƏRİNİ AÇDI

Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir

Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.

Çernoqoriyanın İctimai Səhiyyə İnstitutunda (İJZ) bəyan ediblər ki, ölkələrin seçimi Aİ-nin tövsiyələrinə əsaslanır. Turistlərin gəldiyi ölkələrdə koronavirusa yoluxanların sayı 100 min əhaliyə 25 nəfərdən az olmalıdır.

Qeyd edək ki, mayın ortalarında Çernoqoriya hökuməti ölkədə koronavirus pandemiyasının tam nəzarət altında olduğunu açıqlamışdı. Ona görə də mayın 18-dən hotellər, çimərliklər, ticarət mərkəzləri, restoranlar və kafelər açılıb. Hökumət ümid edir ki, turizmi avqust-sentyabr aylarında artıq tamamilə bərpa etmək mümkün olacaq.

Qafqazinfo

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir