Cümə axşamı , May 9 2024
azenru
Home / Destinasiyalar / “Şahdağ” Turizm Mərkəzində qış mövsümü açıq elan edilib – FOTOLAR

“Şahdağ” Turizm Mərkəzində qış mövsümü açıq elan edilib – FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib.

TravelNews.Az xəbər verir ki, ilk dəfə olaraq məhz açılış günü mərkəzdə bu qədər izdiham yaşanıb, gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət edib. Keçən il qış mövsümü ərzində 95 000-dən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayının ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.

Açılış günü maraqlı anlar yaşanıb. Üç il əvvəl məhz Şahdağda tanış olan cütlük toy mərasimlərini qeyd etmək üçün yenidən Şahdağı seçiblər.

Qeyd edək ki, hər il olduğu kimi bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi ilə də turistlərin ixtiyarına verilib. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilib. Bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir