Bazar , May 19 2024
azenru
Home / Reportajlar / Səyyah xanımlar – Zeynəb Məmmədyusifova – MÜSAHİBƏ

Səyyah xanımlar – Zeynəb Məmmədyusifova – MÜSAHİBƏ

TravelNews.Az-ın “Səyyah xanımlar” rubrikasının dördüncü qonağı 50-dən çox şəhər gəzmiş səyyah Zeynəb Məmmədyusifovadır.

– Zeynəb xanım, səyahət blogunuz var yoxsa yalnız instagram üzərindən paylaşımlar edirsiniz?

– Hazırda yalnız instagram üzәrindәn fotolar paylaşıram. Ancaq eyni zamanda blog üzәrindә də çalışıram. Bu yaxınlarda hazır olmalıdır.

– İnstagram paylaşımlarınızın və yeni yaradacağınız blogun məqsədi nə olacaq?

– İzləyicilərim müxtәlif ölkәlәrdә tәhsil vә turizm haqqında әtraflı mәlumatlar alacaqlar. Әsasәn, şәxsi tәcrübәmdәn әldә etdiyim mәlumatları paylaşıram, gözümlә gördüyüm.

– Çox gözəl…Hansı ölkələrdə olmusunuz? Ümumiyyətlə niyə məhz səyahət? Sizi səyahətlə bağlayan amil nədir?

– İtaliya, Fransa, Almaniya, Macarıstan, Çexiya, Avstriya, Slovakiya, Gürcüstan, Rusiya, Türkiyә, Hollandiya, Çin, Qәtәr…Unutduğum ölkә ola bilәr. Olduğum ölkәlәrdә 50-dәn artıq şәhәrә sәyahәt etmişәm. Yeni insanlarla tanış olmağı, mәdәniyyәt vә adәtlәrini öyrәnmәyi, milli yemәklәrini dadmağı vә Azәrbaycanla müqayisә etmәyi çox sevirәm.

– Əminəm ki, getdiyiniz ölkələrdə maraqlı hadisələrlə qarşılaşmısız. Onlardan sizə ən maraqlı gələnini bizimlə paylaşa bilərsiniz?

– Almaniyaya ilk dәfә tәk sәyahәt etmişdim. Münhenә eniş vaxtım 23:30 idi. Sәhәr Münhendәn Rottax-Egern adlı kiçik Bavariya qәsәbәsinә getmәli idim. Bu qәsәbәyә hava limanından qatarla getmәk çox rahat idi. Çox vaxt itirmәmәk üçün әvvәlcәdәn hava limanına yaxın otel bron etmişdim. Otel meşәdә yerlәşәn eyni zamanda at çiftliyi kimi fәaliyyәt göstәrәn möhtәşәm istirahәt mәrkәzi idi. Hava limanından çıxanda artıq gecә saat 12 olmuşdu. Yaşlı bir alman sürücüsü olan taksiyә yaxınlaşıb adresi dedim. 10 dәqiqә sonra meşәdә ara sıra tikililәr görünmyә başladı. Yaxınlaşdığımız ilk oteldә mәni taksidәn düşürüb: bağışlayın, mәn tәlәsirәm. Әgәr 10 dәqiqə sonra hava limanında olmasam, mәni cәrimәlәyәcәklәr. Burda çoxlu otellәr var. Onlardan biri olmalıdır dedi vә getdi. Tәsәvvür edin, meşәnin ortasında necә şok yaşadım. Tәlәsik ilk binaya daxil oldum. Divarda bron etdiyim otelin adını görüb çox sevindim. Reseptiona yaxınlaşdım; Alman xanım ingiliscә salamlaşmaqdan başqa heç nә bilmirdi.Yan otaqdan böyük dünya xәritәsi gәtirdi. Xәritәdә Azәrbaycanı göstәrdim. Zәng edib bir nәfәri çağırdı. Beş dәqiqə sonra cavan bir oğlan yaxınlaşdı: Pardon, türkce konuşa biliyor musunuz? İnanın elә sevindim, elә bil doğmamı görmüşәm (gülür). Otelә yerlәşmәk üçün bütün işlәrdә çox kömәk etdi və sәn demә yerlәşәcәyim otel burdan 5 dәq aralı başqa bir binada imiş. Belәliklә, tәk sәyahәtin macәraları o gündәn etibarәn başladı.

– Bu sahə üzrə sizə ən çox verilən suallar hansılardır?

– Әn çox verilәn sual, tәk qorxmursan? Darıxmırsan?

– Əslində, mənim növbəti sualım elə qorxmağa və təhlükəyə aid idi. Necə düşünürsüz, bir xanımın tək səyahəti zamanı yarana biləcək ən təhlükəli məqamlar hansılardır? Siz hansılar ilə qarşılaşmısız?

– Tәhlükәli mәqamlar olduqca çoxdur. Tәәssüf ki, dünyamız tәhlükәsiz vә güvәnilә bilәcәk insanların sayı çox olan bir yer deyil. Ancaq tәhlükәsizliyimizi tәmin etmәk üçün biz dә çalışmalıyıq. Mәn insanların az olduğu küçәlәrlә hәrәkәt etmirәm vә axşam saat 10-dan əvvəl otelә qayıdıram.

– Gələcək planlarınız nələrdir? 

– Azәrbaycanla bağlı bir layihә hazırlayıram. Çox çәtinliklәri var amma sonuna qәdәr çalışmağa davam edәcәm. Eyni zamanda “Travel Photography” janrında fotolara davam etmәyi planlaşdırıram. Bugünә qәdәr çәkilәn şәkillәr sırf özüm üçün idi artıq daha peşəkar olmağı fikirlәşirәm.

– Sizcə, nədən başlamaq lazımdır? Başlamaq istəyib məsləhətə ehtiyacı olanlara nə demək istəyərdiniz?

– Әn әsası valideynlәrimizdәn icazә almağı bacarmalıyıq. Bunun üçün valideynlәrimizә inandırmalıyıq ki, biz öz ayaqlarımız üstündә dayana bilәn, güclü şәxsiyyәtik. Hәm fiziki, hәm dә psixoloji cәhәtdәn hazır olmaq lazımdır. Dәfәlәrlә düşәrgәni yarımçıq saxlayıb evinә qayıdanları görmüşәm.

– Bu qədər.. Təşəkkür edirəm, sizinlə həmsöhbət olmaq çox xoş idi.

– Mәn tәşәkkür edirәm. İşlәrinizdә bol şanslar.

 

Şərhlər

şərhlər

Check Also

Fuad Nağıyev: Azərbaycan turizmi öz inkişafında vacib olan sabitlik amilinə görə, heç şübhəsiz, Heydər Əliyevə borcludur

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi qazandıqdan sonra təəssüf ki, ölkəmizin başı üzərindən qara buludlar çəkilmədi. …