Cümə axşamı , May 9 2024
azenru
Home / Reportajlar / Seit Ubukeev: “Ümumdünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsi təqdirəlayiqdir”

Seit Ubukeev: “Ümumdünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsi təqdirəlayiqdir”

“Qırğızıstan Ümumdünya İrs Komitəsinin sessiyasında aktiv şəkildə iştirak edir. Bakıda keçirilən bu sessiya bizim üçün gözəl bir təcrübədir”

Bu sözləri Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında iştirak edən Qırğızıstan Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar və təhlükəsizlik şöbəsinin müdiri Seit Ubukeev deyib. Ölkəsinin 25 ildən çoxdur Ümumdünya İrs Komitəsi ilə əməkdaşlıq etdiyini bildirən qonaq sessiyanın Bakıda keçirilməsini yüksək qiymətləndirib.

Seit Ubukeev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təkcə Azərbaycan-UNESKO əməkdaşlığına deyil, ümumilikdə dünya irsinə diqqət göstərməsindən məmnunluğunu dilə gətirib: “Ölkənin birinci xanımının bu təşəbbüsləri digər ölkələr üçün çox gözəl nümunədir. Bu fəaliyyət ölkənin tanıdılması və milli irsin mühafizəsinə öz töhfəsini verir. Bir daha Azərbaycana ev sahibliyinə görə təşəkkürmü bildirirəm”.

Mənbə: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir