Bazar ertəsi , May 6 2024
azenru
Home / Tədbirlər / Azərbaycan Turizm və Menecment Universitetində növbəti konfrans

Azərbaycan Turizm və Menecment Universitetində növbəti konfrans

Noyabrın 21-də Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib. 

TravelNews.Az xəbər verir ki, müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata  keçirdiyi  tədbirlərin  və  aparılan  işlərin  cəmiyyətdə  daha  geniş  təbliğ  olunması, davamlı turizm sahəsi  üzrə  aktual  mövzuların  ictimaiyyətin  diqqətinə  çatdırılması  və  həmin mövzularda tədqiqat  və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların  cəlb  edilməsi,  həmçinin  onların  apardıqları  elmi  tədqiqatların  nəticələrinin ictimaiyyətə təqdim edilməsi, “Beynəlxalq davamlı turizm ili”nin  elan edilməsinə diqqətin cəlb olunması  məqsədilə  təşkil olunub.

Konfransı giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov keçirilən müsabiqə və konfransın 2017-ci ilin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunmuş “Beynəlxalq inkişaf naminə davamlı turizm ili”nə həsr olunmasından, “Beynəlxalq davamlı turizm ili”ndə Azərbaycanda keçirilən çoxsaylı tədbirlərdən, həmçinin  mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi istiqamətində regionlarda turizm fəaliyyətinin stimullaşdırılaraq yeni turizm marşrutlarının yaradılması prosesindən danışıb. İ.Mədətov eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”,  2016-cı il 1 sentyabr tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında”, 2016-cı il 6 dekabr  tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”i habelə 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından, həmçinin, 2017-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Bakı şəhərində yenilik edilərək  keçirilməsi baş tutan Şopinq Festivallarından danışaraq aparılan məqsədyönlü tədbirlərin uğur göstəricisi kimi turist sayında olan artım, eləcə də əcnəbi turistlərin gəldikləri ölkələr sırasına yeni ölkələrin daxil edilməsini xüsusilə vurğulayıb.

Qeyd olunub ki, keçirilən müsabiqəyə yüzdən çox məqalə təqdim edilib. 2017-ci ilin fevral-sentyabr aylarında təqdim olunan məqalələr təşkilat komitəsinin üzvləri incələnərək 40-a yaxın məqalə konfrans proqramına daxil edilib.

Plenar iclasda ATMU-nun tədris işləri üzrə prorektoru E.Aslanov “Davamlılıq və dayanıqlılıq polemikasında turizm fenomeni”, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı R.Səfərov “Turizmin davamlılığında “Bermud” üçbucağı” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra konfrans bölmələrdə davam etdirilib. Günün sonunda məqalə müsabiqəsində seçilən ilk üç məruzəçiyə hədiyyələr təqdim olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir