Cümə , Aprel 26 2024
azenru
Home / Destinasiyalar / İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək

Azərbaycan mətbəxinin İtaliyada daha yaxından tanıdılması üçün Azərbaycanın İtaliyadakı Səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə 29 noyabr – 1 dekabr tarixlərində İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı təşkil olunacaq.

TravelNews.Az saytının “Report”a istinadən verdiyi xəbərə görə, festivalın açılışı mərasimi 29 noyabr tarixində “Baglioni Hotel Regina” mehmanxanasında keçiriləcək, sonrakı iki gün ərzində isə mehmanxananın “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menu əsasında fəaliyyət göstərəcək.

Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalına İtaliya mətbuatı indidən maraq göstərir və artıq bir sıra mətbuat orqanlarında Festival haqqında məlumatlar dərc olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir