Şənbə , May 4 2024
azenru
Home / Tədbirlər / Yerli hotellərin turizm şirkətlərinə ikinci təqdimatı keçirildi

Yerli hotellərin turizm şirkətlərinə ikinci təqdimatı keçirildi

Azərbaycan Hotellər Assosiasiyasının və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə yerli hotellərin turizm şirkətlərinə ikinci təqdimatı keçirildi. Görüşdə dörd hotel təqdim olundu.

Macəra Lake Park Guba Hotelin təqdimatını Fuad İlyasov keçirdi  Hotel 2018-ci ilin yanvar ayından fəaliyyət göstərir. Burada 49 otaq mövcuddur. Hotel la provence stilində tikilib və bura əsasən ailələr üstünlük verir. Macəra Lake Park Guba meşəlik ərazidə, Quba şəhərindən 16 km məsafədə, Çənlibel gölünün yaxınlığında yerləşir. Həmçinin burada 15 otaqdan ibarət olan  koteclər mövcuddur. Fuad İlyasov bildirdi ki, tezliklə 83 nömrədən ibarət yeni hotel fəaliyyətə veriləcək. Mətbəxə gəldikdə, əsasən milli yeməklərə üstünlük verilir. Bundan əlavə  xüsusi yay mətbəxi və çay bağçaları da var. Tezliklə piknik ərazisi də hazırlanıb istifadəyə veriləcək. Pandemiya dövrü ilə əlaqədar gündəlik hoteldəki nömrələr dezinfeksiya olunur. Qeyd edək ki, hoteldə hər büdcəyə uyğun otaqlar var.

 

Daha sonra , Ərgün Salamov Ulu Hospitaliy-nin iki hotelini təqdim etdi.

El Resort hotelində 100-dən çox otaq var.  Burada lobby bar, spa mərkəzi, üzü terasa açılan hovuz, masaj otaqları,professional boulinq ərazisi, uşaqlar üçün oyun otaqları, idman meydançaları mövcuddur. Biznes görüşlər üçün konqress zalları da var. Otaqlar hər bir avadanlıqla təhciz olunub. Bir müddət pandemiya səbəindən bağlı olmasına baxmayaraq, may ayının 28-dən hotel qolaqlar üçün qapılarını açıb. Hotelin ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.

Yurd hotel Qax şəhərində yerləşir, 48 otaqdan ibarətdir. Bütün olaqlar “connect” olmaq imkanı var. Burada yerləşən villa 4 yataq otağı, 4 hamam otağı və 1 qonaq otağından ibarətdir. Hotelin ərasində yerləşən koteclər müştərilərə münasib qiymətdə təklif olunur. Ərgün Salamov hotelin əsas üstünlüklərindən biri turlar üçün münasib olduğunu bildirdi.  Bundan əlavə o Qax şəhərinin gəzməli – görməli yerlərini də təqdim etdi.

Qiymətə gəldikdə isə, El Resort və Yurd hotel keçən illə müqaisədə qiymətlərini 50 faiz aşağı endirib.

Macəra City Hotel Shaki hotelini isə  Yusif Qafarov təqdim etdi. Hotel keçən ildən fəaliyyət göstərir və 30 otaqdan ibarətdir. Burada  atcılıq , piknik xidmətləri var. Hoteldə yerləşən  restoranda üstünlük yerli Şəki mətbəxinə verilir . Macəra City Hotel Shaki-in gələcək planları hoteli daha çox əyləncə üslubunda etməkdir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir