Cümə , May 17 2024
azenru
Home / Tədbirlər / Azərbaycan və İndoneziya arasında turizm əlaqələri barədə vebinar keçirilib

Azərbaycan və İndoneziya arasında turizm əlaqələri barədə vebinar keçirilib

İyunun 24-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan: Bir daha bax və Bakının UNESCO siyahısına daxil edilmiş İçərişəhəri” adlı vebinar keçirilib.
Vebinar Azərbaycan və İndoneziya arasında imzalanması nəzərdə tutulmuş turizm sahəsində əməkdaşlıq barədə anlaşma memorandumu çərçivəsində təşkil olunub.
Onlayn tədbirdə Azərbaycan və İndoneziyanın turizm sənayesinin ümumilikdə 47 nümayəndəsi iştirak edib.
Vebinar çərçivəsində iştirakçılara Azərbaycanda turizmin 4 mərhələli bərpa planı, “SAHMAN” proqramı və pandemiya dövründə görülmüş işlər barədə ətraflı məlumat verilib.
Həmçinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, turizm sahəsində əməkdaşlığın qurulması və imzalanması nəzərdə tutulmuş anlaşma memorandumu barədə danışılıb.
Tədbir zamanı Azərbaycan və İndoneziyanı təmsil edən turizm şirkətləri tərəfindən təqdimatlar keçirilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir