Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Təşkilat və Operatorlar / 2018-ci ildə Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,5 milyona çatıb

2018-ci ildə Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,5 milyona çatıb

*Dövlət Turizm Agentliyi:

Yanvar-noyabr aylarında Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,5 milyona çatıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.

Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.

Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.

Müsbət artım tendensiyası ilə yanaşı azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33% azalıb.

Məlumatları daha ətraflı Azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün keçidə daxil olun.

İnfoqrafikanı Azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün keçidə daxil olun.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir