Şənbə , May 4 2024
azenru
Home / Tədbirlər / Azərbaycan “Ən yaxşı ekskursiya istiqaməti” nominasiyası üzrə qalib seçilib.

Azərbaycan “Ən yaxşı ekskursiya istiqaməti” nominasiyası üzrə qalib seçilib.

Noyabrın 28-də Moskvada “National Geographic Traveler” jurnalı tərəfindən təşkil olunan “National Geographic Traveler Awards 2019” müsabiqəsində Azərbaycan İtaliya və Böyük Britaniyanı qabaqlayaraq “Ən yaxşı ekskursiya istiqaməti” nominasiyası üzrə qalib seçilib.
Nat-geo.ru” saytı vasitəsilə onlayn səsvermə əsasında aparılan müsabiqədə 450 mindən çox insan iştirak edib.
29 iyunundan 31 oktyabrınadək davam edən səsvermədə ən populyar turizm növləri və ən yaxşı turizm istiqamətləri üzrə 24 nominasiya yer alıb.
Sayca 9-cu dəfə keçirilən müsabiqədə 50-dən artıq ölkənin turizm məhsulları və turizm istiqamətləri səsverməyə çıxarılıb.
Hər il keçirilən “National Geographic Traveler Awards” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin yeni səyahət marşrutlarının yaranmasını stimullaşdırır.

Şərhlər

şərhlər

Check Also

Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib

Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir